ASİF SAYADOV – FEDERASİYANIN PREZİDENTİ.

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti, Şərq döyüş növləri üzrə “Respublikanın Əməkdar Məşqçisi”, 5-qat Dünya Çempionu
Asif Sayadov 1977-ci ildə Qax rayonunun İlisu kəndində dünyaya göz açmışdır. Ali təhsillidir,  1999-cu ildə  Bakı Biznes Universitetinin iqtisadçı hüquqşünaslıq fakültəsini, 2014-cü ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. Hələ uşaq yaşlarından idmanın karate, sambo, sərbəst güləş və kiqboksing növləri ilə məşğul olmuş və tələbəlik illəri dövründən isə Çin döyüş növləri ilə ciddi məşğul olmağa başlamışdır. Respublikamızda və bir çox ölkələr də bu döyüş sənətinin sirrlərini öyrənməyə müvəffəq olmuş və daha sonralar, Vinq Çun, Kungfu-Sanda, Cit-kun do və bir çox sərbəst döyüş növlərini öyrənmək məqsədilə bu qədim döyüş sənətinin yarandığı məkana, Cinə Şaolin məbədinə gedərək ustalıq təcrübəsini daha da artırmışdır.  2008-ci ildə Vinq Çun döyüş sənətini rəsmi olaraq ölkəmizə gətirən şəxsdir və  bu döyüş sənətinin ölkəmizdəki yaradıcısıdır. 5-dəfə dünya çempionu və 3-dəfə dünya ikincisi olmuşdur. Asif müəllim respublikamızda peşəkar döyüşçü ilə yanaşı həm də bu sahədə təcrübəli mütəxəssis kimi tanınmaqdadır. Onun tələbələri arasında artıq 15 yetirməsi bir çox beynəlxalq turnirlərin və dünya çempionatlarının qalibləridirlər. Bu nailiyyətlərinə görə Asif Sayadov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Kollegiyasının 23 dekabr 2011-ci il tarixli qərarı ilə “Şərq döyüş növləri üzrə Respublikanın Əməkdar məşqçisi” fəxri adına layiq görülmüşdür. 2015-ci ildə Almaniyada keçirilən Beynəlxalq seminarda “İlin ustası” titulunu almışdır. Beynəlxalq İp Man Vinq Çun assosiasiyasının  və  Dünya Vinq Çun Birliyinin Azərbaycan üzrə yeganə rəsmi nümayəndəsidir.
Ailəlidir,2 övladı var.

JALƏ ƏHMƏDOVA – I VİTSE PREZİDENT

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının I Vitse- Prezidenti.

Jalə Fərhad qızı Əhmədova 1981-ci ildə Bakı şəhərində doğulub.Ali təhsillidir. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və  2-ci ali təhsil Beynəlxalq hüquq fakültəsini bitirib.Ailəlidir, 2 övladı var. Hal-hazırda Xüsusi Dövlət Mühafizə Xidmətinin baş hüquqşünası vəzifəsində çalışır.

RAMİN ƏLİYEV – BEYNƏLXALQ ƏLAQƏLƏR ÜZRƏ VİTSE PREZİDENT .

İDARƏ HEYƏTİNİN ÜZVÜ.

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının Vitse prezidenti ,

Əliyev Ramin Rəşid oğlu, 25.09.1979 Gəncə şəhərində anadan olmuşdur, 2008 Azərbaycan Beynəlxalq Universitetinin, Beynəlxalg İqtisadiyyat fakultəsini, 2014 Azerbaycan Dövlət Aqrar Universitetinin, Mexanizasiya fakultəsini bitirmişdir. Hazirda Schlumberger şirkətində, Xəzər Dəniz ölkələri (AZE, KAZ, TÜM) üzrə Planlasdırma Mərkəzinin Rəhbəri vəzifəsində çalışır.

MAHMUD MEHTİOĞLU – ÜMUMİ İŞLƏR ÜZRƏ VİTSE PREZİDENT

İDARƏ HEYƏTİNİN ÜZVÜ

Mehtioğlu Mahmud Nurəddin oğlu.
1996-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakultəsini bitirib. 2002-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib.
Hal hazırda AzFen BM Tikinti Rəhbəri vəzifəsində çalışır.

ƏLFİ MƏMMƏDOV- TƏŞKİLAT KOMİTƏSİNİN SƏDRİ

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının Təşkilat Komitəsinin Sədri

Məmmədov Əlfi Natiq oğlu 1993-cü ildə Siyəzən şəhərində doğulub. Ali təhsillidir, Azərbaycan Texnikli Universitetinin Telekomunikasiya və Rabitə Fakültəsini bitirib.  Dəfələrlə Respublika çempionu və 2019-cu ildə Çində keçirilən Dünya çempionatının gümüş mükafatçısıdır. Polis zabitidir. Daxili İşlər Nazirliyinin Baş  İnformasiya Kommunikasiya İdarəsində çalışır.