AsİF Sayadov - FEDERASİYANIN PREZİDENTİ.

Ətraflı

 Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti, 

Şərq döyüş növləri üzrə "Respublikanın Əməkdar Məşqçisi”

 4-qat Dünya Çempionu
Asif Sayadov 1977-ci ildə Qax rayonunun İlisu kəndində dünyaya göz açmışdır. 
 Ali təhsillidir,  1999-cu ildə  Bakı Biznes Universitetinin iqtisadçı hüquqşünaslıq fakültəsini, 2014-cü ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir.
Hələ uşaq yaşlarından idmanın karate, sambo, sərbəst güləş və kiqboksing növləri ilə məşğul olmuş və tələbəlik illəri dövründən isə kungfu döyüş növü ilə ciddi məşğul olmağa başlamışdır.

Respublikamızda və bir çox ölkələr də bu döyüş sənətinin sirrlərini öyrənməyə müvəffəq olmuşdur Daha sonralar, bu döyüş sənətinin ,Vinq Çun, Kungfu-Sanda, Cit-kun do və bir çox sərbəst döyüş növlərini öyrənmək məqsədilə bu qədim döyüş sənətinin yarandığı məkana, Cinə Şaolin məbədinə gedərək ustalıq təcrübəsini daha da artırmışdır.  4-dəfə dünya çempionu və 2-dəfə dünya ikincisi olmuşdur. Asif müəllim respublikamızda peşəkar döyüşçü ilə yanaşı həm də bu sahədə təcrübəli mütəxəssis kimi tanınmaqdadır.
Onun tələbələri arasında artıq 15 yetirməsi bir çox beynəlxalq turnirlərin və dünya çempionatlarının qalibləridirlər.
Bu nailiyyətlərinə görə Asif Sayadov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Kollegiyasının 23 dekabr 2011-ci il tarixli qərarı ilə “Şərq döyüş növləri üzrə Respublikanın Əməkdar məşqçisi” fəxri adına layiq görülmüşdür.  Beynəlxalq İp Man Vinq Çun assosiasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi və bu döyüş sənətinin ölkəmizdəki yaradıcısıdır.  
 2015-ci ildə Almaniyada keçirilən Beynəlxalq seminarda "İlin ustası" titulunu almışdır
Ailəlidir,2 övladı var.

Jalə Əhmədova - I VİTSE PREZİDENT

Ətraflı

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının I Vitse- Prezidenti.

Jalə Fərhad qızı Əhmədova 1981-ci ildə Bakı şəhərində doğulub.Ali təhsillidir. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və  2-ci ali təhsil Beynəlxalq hüquq fakültəsini bitirib.Ailəlidir, 2 övladı var. Hal-hazırda Xüsusi Dövlət Mühafizə Xidmətinin baş hüquqşünası vəzifəsində çalışır.

İlqar Mustafayev - VİTSE PREZİDENT

Ətraflı

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının Vitse prezidenti.

İlqar Mustafayev Valeh oğlu 28.02.1988- ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə ADİU Türk Dünyası İşletme Fakültesini bitirib. Hazırda  "German Hospital"da Baş Direktor vəzifəsində çalışır. 

Ramİn Əlİyev - Baş Katİb. İdarə heyətİnİn üzvü.

Ətraflı

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının Baş Katibi,

Əliyev Ramin Rəşid oğlu, 25.09.1979 Gəncə şəhərində anadan olmuşdur, 2008 Azərbaycan Beynəlxalq Universitetinin, Beynəlxalg İqtisadiyyat fakultəsini, 2014 Azerbaycan Dövlət Aqrar Universitetinin, Mexanizasiya fakultəsini bitirmişdir. Hazirda Schlumberger şirkətində, Xəzər Dəniz ölkələri (AZE, KAZ, TÜM) üzrə Planlasdırma Mərkəzinin Rəhbəri vəzifəsində çalışır.

Arzuman Rəsulzadə - Baş Məşqçi - İDARƏ HEYƏTİNİN ÜZVÜ

Ətraflı

Arzuman Rəsulzadə Hüseyn oğlu.10.11.1992-ci ildə Lənkəran rayonunda anadan olub. Ali təhsillidir, 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir.Dəfələrlə Respublika,dünya və Avropa çempionu və mükafatçısıdır.
Hazırda Azərbaycan Vinq- Çun Döyüş Sənəti Federasiyasında Baş məşqçi vəzifəsində çalışır.

FİRUDİN İSMAYILOV - MƏTBUAT KATİBİ

Ətraflı

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının Mətbuat Katibi

İsmayılov Firudin Fazil oğlu 18.05.1981-ci ildə Bakı şəhərində  anadan olmuşdur. 1998-ci ildə 135 sayli orta məktəbi bitirmişdir. 2002-ci ildə Ali Ictimai Siyasi Kollecin Jurnalistika fakultesini bitirmişdir. Hal hazırda  Milli Məclisin Mətbuat Xidmətində  böyük məsləhətçi vəzifəsində çalışır

MAHMUD MEHTİOĞLU - TƏŞKİLATI MƏSƏLƏLƏR ÜZRƏ SƏDR

Ətraflı

MAHMUD MEHTİOĞLU - TƏŞKİLATI MƏSƏLƏLƏR ÜZRƏ SƏDR

Mehtioğlu Mahmud Nurəddin oğlu 08.03.1972 ci ildə Gürcüstan Respublikasında anadan olmusdur. 1996 Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Fakiltəsi, 2002-ci ildə Bakı Dovlət Dəniz Akademiyasını bitirib.
Hal hazırda Azfen BM-də Tikinti Rəhbəri vəzifəsində çalışır.