Vinq Çun Fəlsəfəsi

Wing-Chun Tao — Wing-Chunun Universal Yoludur.
Wing-Chun məşqlərinin ruhi inkişafı üçün Universal Yola yəni “Tao”ya uyğunlaşmasını təmin etmək lazımdır. Bu universal yol Wing-Chun məşqlərində aşağıdakı üç təməl başlıq altında araşdırılır: Dürüstlük ,Sevgi ,Səbir

Bu üç təməl dinamik aşağıdakı öyüdlərlə yaddaşlarda qalmalıdır:

Dürüstlük:

Dürüst bir insan ol!
Doğrunu söylə!
İnsanları aldatma!
Səhvlərini etiraf (qəbul) et!

Sevgi:

Mehriban bir ürəyin olsun!
İnsanları (günahlandırma) təhgir etmə!
Başqalarına köməkçi olmağı sev!
Yaxşılıq et!

Səbir:

Şikayət etmə!
Çətinliklərə qarşı güclü ol!
Qisas alma! (Kin saxlama!)

Fiziki olaraq yaxşı bir gücə çatdığınızda enerjinizi yüksəltmənin tək yolu ruhi çalışmalar görməkdir. Beyninizi və hisslərinizi daha təsirli istifadə etməni öyrənməlisiniz. Hamımız beynimizi məhdud ölçülərdə istifadə edə bilərik, ancaq bunu inkişaf etdirməmiz hər vaxt mümkündür.

Enerjimizi yüksəltməmiz üçün izləniləcək dörd əhəmiyyətli pillə vardır:

1. Bədəninizi təmizləyin: Danışmalarınızı, hərəkətlərinizi və düşüncələrinizi inkişaf etdirin.

2. Öz intizamınızı qurun: Həyatınızı istiqamətləndirən doğru qaydalar inkişaf etdirin.

3. Bağlanmayın: İnsanlara, hadisələrə, anlayışlara ya da obyektlərə bağlanmayın [asılı olmayın].

4. Möhkəm bir zehinə sahib olun: Sakit olun ki heç bir şey zehininizi lazım olduğundan çox məşğul etməsin.

  Vin Çun özünü müdafiəyə hesablanmış döyüş növüdür.Əsas prinsipi güc göstərməməkdir.Bu xüsusiyyətlərinə görə hər cins və yaşdan olan insanların,xüsusən xanımların bu döyüş növünü öyrənməyi münasibdir.

Ölkəmizdə də bu döyüş üslubu gənclər və eləcə də müxtəlif yaş qruplarına aid insanlar tərəfindən çox sevilir. Bu döyüş sənətinin yarandığı məkan sayılan Çində və eləcə də bir çox ölkələrdə seminarlarda və təlim məşqlərində olmuş,2015-ci ildə Almaniyada keçirilmiş beynəlxalq müsabiqədə «ilin ustası»adına layiq görülmüş ,Azərbaycan Vingçun döyüş sənəti idman klubunun rəhbəri Asif Sayadov tələbələrinə bu döyüş üslubunu məharətlə öyrədir.